Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2022 08:24
İlk öncə hemoqlobinin nə olduğunu aydınlaşdıraq...
Hemoqlobin - qanın tərkibində, daha dəqiq desək eritrositlərin tərkibində olan, oksigenin ağ ciyərdən orqanizmin bütün hüceyrələrinə keçirməsini təmin edən çətin dəmirtərkibli zülaldır.
Qadınların hemoqlobin norması 120-150 q/l, uşaqlarda isə yaş dövründən asılı olaraq dəyişə bilir. Yeni doğulmuş körpələrdə hemoqlobin ilk 3 ayda maximal dərəcəyə çataraq, 145-225 q/l təşkil edir, 3-6 -cı aylar ərəfəsində minimum dərəcəsinə enərək 95-135 q/l olaraq, sonradan isə 1 yaşdan 18 yaşadək hemoqlobinin qanda səviyyəsi tədricən yüksəlməyə başlayır.
Bir çox qadınlar üçün aşağı hemoqlobin diaqnozu tanışdır, belə ki buna səbəb hamiləlik, süd vermə, çox sürən aybaşı, yaz avitaminozu və s. ola bilər. Nəticədə qadın anemiyadan əziyyət çəkir. Başgicəllənmə, özündən getmə halları, halsızlıq hemoqlobinin aşağı olmasının ilk əlamətləridir. Buna səbəb isə orqanizmin, ilk növbədə isə baş beyinin oksigenlə təmin olunmamasıdır.
Bu problemi həll etməyin 2 üsul mövcuddur. Bunun üçün ya dəmir preparatları qəbul etməli , ya da hemoqlobini artıran məhsulları gündəlik rasionunuza daxil etməlisinz. Bəs hansı məhsullar hemoqlobini təbii yolla yüksəldir? Sizə bu məhsulların siyahısını təqdim edirik.
Bitki mənşəli məhsullar:
Sıyıq və yarmalar: qarabaşaq, paxla, mərci, noxud və qoz.
Tərəvəz və göyərti: pomidor, şəkər çuğunduru, balqabaq, kök, təzə kartof, ispanaq, cəfəri, xardal və gicitkən.
Meyvələr: alma, nar, gavalı, ərik, banan, armud, xurma, heyva, kivi və quru meyvələr.
Giləmeyvələr: qara qarağat, quşüzümü, çiyələk, moruq, qara üzüm, qarpız, itburnu.
Şirələr: alma, nar, çuğundur, kök, tomat.
Heyvan mənşəli məhsullar;
Ət məhsulları: mal əti, dana əti, ciyər, ürək, dil, quş, toyuğun döş əti.
Dəniz məhsulları: müxtəlif dəniz məhsulları, balıq, qırmızı və qara kürü.
Digər məhsullar: yumurtanın sarısı, süd, qaymaq, kərə yağı, yaxşı qırmızı çaxır, qara şokolad və yaşıl çay.