Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2022 11:22
Rusiya Poltava vilayətinin Karlovka şəhərinə raket hücumu həyata keçirib: raket infrastruktur obyektinə dəyib.
Sonxeber.net bildirir ki, bu barədə Poltava Vilayət Hərbi Administrasiyasının sədri Dmitri Lunin öz Telegram kanalında məlumat verib.
"Rusiya Karlovkaya raketlər atdı - infrastruktur obyektinə zərbə dəydi. Dağıntılar və qurbanlar barədə məlumatları dəqiqləşdiririk", - Lunin bildirib.
Poltava meri də atışma ilə bağlı məlumatı təsdiqləyib.
"Bugünkü həyəcan siqnalı zamanı səhər tezdən Poltava vilayətinin Karlovkasına raket düşüb. Raket infrastruktur obyektinə düşüb. Mütəxəssislər atəş yerində işləyir", - Aleksandr Mamay bildirib.
Aslan Məmmədov