Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2022 19:03
Qatı qan tromblaşmanın riskini artırır ki, bu da öz növbəsində infarkt və ilsultun əsas səbəblərindən biridir.
Saglamolun.az bildirir ki, rusiyalı kardioloq Anna Koreneviçin sözlərinə görə, qanı durultmaq və bununla da damarlarda trombların əmələ gəlməsinin riskini azaltmq üçün çox sadə qaydalara əməl etmək lazımdır.
Həkim ilk növbədə suyun qəbulunu artırmağı tövsiyə edir. Müasir insanların əksəriyyəti, demək olar, su içmir, qəhvə, müxtəlif şirin qazlı içkilərə üstünlük verirlər. Bu içkilər isə qanı durultmur, əksinə qatılaşdırır. Adi təmiz suyun gün ərzində təxminən 1,5 l həcmində qəbulu trombozun riskini xeyli azaldır.
Bundan əlavə həkim spirtli içkilərin qəbulunu da azaltmağa çağırıb. Spirtli içkilər və xüsusilə də pivə güclü sidikqovucu təsirə malikdir. Bu isə orqanizmin susuzlaşmasına səbəb olur, trombozun riskini artırır.
Damarlarda trombların əmələ gəlməsinin əsas səbəblərindən biri siqaret çəkməkdir. Kardioloq bu ziyanlı vərdişdən imtina etməyi tövsiyə edir.
Duz, şəkər, karbohidratlarla zəngin olan qidalar, yarımfabrikatlar, müxtəlif konservlərin çoxlu miqdarda istehlakı da yolverilməzdir. Bütün bu məhsullar qanı qatılaşdırır.