Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Makron Ukraynanın Aİ-yə qəbulunun mümkün vaxtını açıqladı

Makron Ukraynanın Aİ-yə qəbulunun mümkün vaxtını açıqladı

Tarix: 9 May 2022 21:40

"Ukraynanın Aİ-yə qəbulu prosesi bir neçə il, hətta onilliklər çəkə bilər".   

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Strasburqda Avropa Parlamentində Avropanın gələcəyinə dair konfransda çıxışı zamanı deyib.

"Yaxşı bilirik ki, əgər Avropa İttifaqına daxil olmaq üçün standartları aşağı salmağa qərar verməsək, Aİ-yə daxil olmağa icazə verilməsi prosesi bir neçə il, hətta düzünü desək, onilliklər çəkəcək", - deyə Fransa lideri bildirib.

Xatırladaq ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen aprel ayında Kiyevə səfəri zamanı Volodimir Zelenskiyə Avropa İttifaqına üzvlüklə bağlı danışıqlara başlamaq üçün sorğu vərəqəsini verib. O vurğulayıb ki, verilən sənəd "yaxın aylarda müzakirələr üçün əsasdır".

Qeyd edək ki, fevralın 28-də Zelenski Ukraynanın Avropa İttifaqına daxil olması üçün ərizə imzalayıb. Növbəti gün Avropa Parlamenti Ukraynaya namizəd ölkə statusu verən qətnaməni dəstəkləyib.


Etiketlər:  Makron Ukraynanın qəbulunun mümkün vaxtını açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ