Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransua Fiyona 4 il həbs cəzası verildi - həyat yoldaşını saxtakarlıqla işə götürdüyünə görə

Fransua Fiyona 4 il həbs cəzası verildi - həyat yoldaşını saxtakarlıqla işə götürdüyünə görə

Tarix: 9 May 2022 21:52

Fransanın keçmiş Baş naziri Fransua Fiyon həyat yoldaşını saxtakarlıqla işə götürdüyünə görə 4 il həbs olunub.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, Paris Apellyasiya Məhkəməsi Fiyonu dövlət vəsaitlərini mənimsəməkdə, korporativ aktivlərdən sui-istifadədə iştirakda təqsirli bilib.

Qərara görə, Fiyon cəza müddətinin bir ilini həbsxanada keçirəcək.

Eyni zamanda, keçmiş baş nazirin həyat yoldaşı Penelopaya isə 2 il şərti azadlıqdan məhrum etmə cəzası verilib.

Qeyd edək ki, 2021-ci ilin noyabrında Fransa Baş Prokurorluğunun nümayəndəsinin Fiyonun həyat yoldaşının saxtakarlıqla işə götürülməsi ilə bağlı ona 5 il həbs cəzası verilməsini tələb etdiyi bildirilir.


Etiketlər:  Fransua Fiyona həbs cəzası verildi həyat yoldaşını saxtakarlıqla işə götürdüyünə görə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ