Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynalılar Putinin planını məhv etdi

Ukraynalılar Putinin planını məhv etdi

Tarix: 10 May 2022 12:44

Böyük Britaniyanın Baş naziri Boris Conson Ukraynanın Rusiya ilə müharibədə qalib gələcəyinə əminliyini ifadə edib.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, o, bu barədə İkinci Dünya Müharibəsində nasizm üzərində qələbə münasibətilə müraciətində deyib.

Conson Rusiya ilə müharibədə cəsarətlə müqavimət göstərən və öz torpaqlarında sülh və azadlıqdan başqa heç nə istəməyən ukraynalılara dəstəyini ifadə edib:

"Mən heç vaxt Ukraynanın qalib gələcəyinə bu qədər əmin olmamışdım. Ukrayna azad olacaq və suveren Ukrayna yenidən ayağa qalxacaq".

Conson qeyd edib ki, ukraynalılar Kiyevə hücumu dəf ediblər və Rusiya Prezidenti Vladimir Putinin planını məhv ediblər.


Etiketlər:  Ukraynalılar Putinin planını məhv etdi


RƏYLƏR