Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alimlər demensiyanın qarşısını alan qidaları AÇIQLADI

Alimlər demensiyanın qarşısını alan qidaları AÇIQLADI

Tarix: 10 May 2022 23:36

ABŞ alimləri son elmi araşdırmalar nəticəsində qocalıq demensiyası - yəni yaddaş itkisi və əqli zəifləmənin qarşısını ala biləcək qidaları sadalayıb.

Sonxeber.net bakupost-a istinadən xəbər verir ki, yaşlanma məsələləri ilə bağlı Milli İnstitutun alimləri qanında lütein, beta karotinoid və zeaksantin kimi antioksidantlar çox olan insanların demensiya olma riski dəfələrlə azdır.
Karotonoidlərlə zəngin yaşıl yarpaqlı tərəvəz, səbzə, otlar, göyərtilərdir - cəfəri, reyhan, ispanaq, yaşıl noxud, brokolli, lobya, mandarin, portağal, kök, kivi, şirin bibər, alma, paxlalılar-yaşıl mərci.

Bu qidalarda olan antioksidantlar beyini stresin təsirindən qoruyur.

Alimlər yaşı 45-dən yuxarı olan 7000 insanın məlumatlarını analiz ediblər. Onların qanından antioksidantlar yoxlanıb.
Sonradan bu adamlar 16 il boyu izləniliblər.

Nəticə göstərib ki, qanında lütein çox olanlarda demensiya riski 7-9% azdır.

Beta kriptoksantin çox olanlarda isə demensiya 14% az olur.

Lütein üçün pomidor şirəsi, qırmızı qarağat şirəsi içmək məsləhətdir.


Etiketlər:  Alimlər demensiyanın qarşısını alan qidaları AÇIQLADI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ