Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 May 2022 12:04
NATO ilə Rusiya arasında potensial münaqişə nüvə müharibəsinə çevrilə bilər ki, bu da "hamı üçün fəlakətli ssenari" olacaq.
Sonxeber.net TASS-a istinadən bildirir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
Eyni zamanda, Medvedev Qərbin Rusiyanın guya dünyanı nüvə münaqişəsi ilə qorxutması ilə bağlı ritorikasını rüsvayçılıq adlandırıb.
O, həmçinin hesab edir ki, NATO ölkələrinin Ukraynaya silah göndərməsi və Rusiya Federasiyasının sərhədləri yaxınlığında təlimlər keçirməsi alyansla Rusiya arasında birbaşa münaqişə ehtimalını artırır.
Aslan Məmmədov