Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Oyundan sonra azarkeş öldürüldü - VİDEO

Oyundan sonra azarkeş öldürüldü - VİDEO

Tarix: 14 May 2022 16:46

Milli Basketbol Assosiasiyasında (NBA) "Miluoki Baks" və "Boston Seltiks" komandaları arasında keçirilmiş pley-off oyunundan sonra azarkeş öldürülüb.

Milli.Az report-a istinadən bildirir ki, qarşılaşmadan sonra naməlum şəxs "Fayserv-Forum" stadionunun yaxınlığında atəş açıb.

Atəş nəticəsində bir nəfər dünyasını dəyişib, iki nəfər isə yaralanıb. Fanatlar güllə səslərini eşidən kimi sığınacaq axtarıblar və nəticədə böyük panika yaranıb.

Atəş açan şəxs saxlanılıb. Oyun zamanı stadionda 11 minə yaxın insan olub.

Qeyd edək ki, görüş "Boston Seltiks"in 108:95 hesablı qələbəsi ilə yekunlaşıb.

Milli.Az


Etiketlər:  Oyundan sonra azarkeş öldürüldü VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ