Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İsveç və Finlandiya artıq NATO-nun faktiki üzvləridir''

''İsveç və Finlandiya artıq NATO-nun faktiki üzvləridir''

Tarix: 15 May 2022 20:06

Almaniyanın Avropa İttifaqındakı (Aİ) müttəfiqləri kimi İsveç və Finlandiya əslində alyansın formal üzvü olmadan artıq NATO-nun bir hissəsidir.

Sonxeber.net "report"a istinadən bildirir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.

O, bildirib ki, əgər təşkilata üzv olmaq üçün müraciət edilsə, Almaniya müvafiq sənədləri dərhal ratifikasiya edəcək.

"Onların qoşulması bizim ittifaqımızı gücləndirəcək. Dünən (Finlandiya və İsveçin xarici işlər nazirləri) Pekka Havisto və Ann Linde ilə birlikdə dedik ki, bu, İsveç və Finlandiya üçün çox emosioanal məqamdır. İlk dəfə olaraq bütün Skandinaviya ölkələri bir təhlükəsizlik çətiri altındadır", - Berbok Berlində NATO Xarici İşlər Nazirlərinin qeyri-rəsmi görüşündən sonra keçirilən mətbuat konfransında deyib.


Etiketlər:  İsveç Finlandiya artıq NATO faktiki üzvləridir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ