Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan altı bəndlik təklifini açıqladı

Ermənistan altı bəndlik təklifini açıqladı

Tarix: 16 May 2022 10:02

Ermənisatan tərəfi Azərbaycanla sülh danışıqlarının başlaması ilə bağlı öz təkliflərini açıqlayıb və bununla Azərbaycan tərəfinin təqdim etdiyi 5 bəndlik təkliflərə cavab verib.

Sonxeber.net erməni mətbuatına istinadən yazır ki, bu 6 bəndlik təklifləri xüsusi tapşırıqlar üzrə elçi Edmon Marukyan ictimai televiziyanın efirində açıqlayıb.

- Birinci bənddə qeyd olunur ki, Yerevan martın 11-də sülh müqaviləsi ilə bağlı Azərbaycan tərəfindən təkliflər alıb və ona cavab verir.

- Marukyanın sözlərinə görə, 2-ci bənddə deyilir ki, Ermənistanın Azərbaycana qarşı heç vaxt ərazi iddiası olmayıb və yoxdur. Həmin bənddə qeyd edilir ki, Ermənistan 1991-ci il dekabrın 8-də Azərbaycanla birlikdə Müstəqil Dövlətlər Birliyi (MDB)-nin yaradılması ilə bağlı sazişə imza atmaqla Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyıb. Marukyan deyib ki, Ermənistan bu sazişi 1992-ci il fevralın 18-də ratifikasiya edib və beləliklə imzalanan andan bu struktura qoşulmaqla tərəflər bir-birinin ərazi bütövlüyü və sərhədlərini tanılyıblar.

- 3-cü bənddə isə deyilir ki, Qarabağ ermənilərinin təhlükəsizliyinin təmin edilməsi, onların hüquq və azadlıqlarına riayət olunması, habelə "Dağlıq Qarabağın" yekun statusunun müəyyən edilməsi Ermənistan tərəfi üçün prinsipial məsələdir.

- Marukyan bildirib ki, 4-cü bənddə Erməni tərəfi Azərbaycan prezidenti, Ermənistanın baş naziri və Rusiya prezidentinin 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli bəyanatlarında (hərbi əsirlərin qaytarılması və regionda kommunikasiyaların açılması) göstərilən öhtəliklərin yerinə yetirilməsini vacib sayır.

- Sənədin 5-ci bəndində isə Ermənistan tərəfinin BMT-nin Nizamnaməsi, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt və Helsinki Yekun Aktı əsasında Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulması ilə bağlı danışıqlara başlamağa hazır olduğunu bildirir.

Marukyanın sözlərinə görə, bunlar əvvəllər mövcud olan əsas prinsiplərdir. Yəni burada xalqların öz müqəddəratını təyin etmək hüququ və digər mühüm hüquq və azadlıqlar yer alır.

- Sənədin sonuncu 6-cı bəndində isə Ermənistan tərəfinin danışıqların təşkil edilməsi üçün ATƏT-in Minsk qrupunun həmsədrlərinə müraciət etdiyi bildirilir.


Etiketlər:  Ermənistan altı bəndlik təklifini açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ