Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2022 14:44
Türkiyənin Şanlıurfa şəhərində "Ebi Enes El Kahtani" kod adlı terrorçu-kamikadze saxlanılıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə "NTV" kanalı məlumat yayıb.
Şübhəlinin yaşadığı yerdə aparılan axtarış zamanı çoxlu sayda rəqəmsal material ələ keçirilib.
Məlum olub ki, həmin şəxs İŞİD terror təşkilatının Suriyanın Dəməşq əyalətindəki səlahiyyətliləri ilə əlaqə saxlayaraq Türkiyədə terror aktı törətməyi planlaşdırıb.
Tutulan terrorçu ilə birlikdə bu il İŞİD-in Türkiyədə planlaşdırdığı 10-cu kamikadze hücumunun qarşısı alınıb.