Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2022 12:02
Bakıda müştəri çay evində qarət edilib.
Daxili İşlər Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə H.Seyidzadə küçəsində yerləşən çay evlərinin birində Bakı şəhər sakini A.Məmmədovun 420 manat pulunun quldurluq yolu ilə talanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Astara rayon sakini Hüseyn Teymurov müəyyən edilərək saxlanılıb.
Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.