Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Anastasiya Voloçkova azərbaycanlı sevgilisindən danışdı - Rus dilini bilmir

Anastasiya Voloçkova azərbaycanlı sevgilisindən danışdı - Rus dilini bilmir

Tarix: 20 May 2022 19:52

Məşhur rus balerina Anastasiya Voloçkova bir müddətdir gündəmdən düşməyən azərbaycanlı sevgilisi haqda açıqlama verib. 

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, 46 yaşlı balerina hazırda Türkiyədə birlikdə olduqlarını təsdiqləyib. O bildirib ki, əslən azərbaycanlı olan və taksi sürücüsü kimi fəaliyyət göstərən sevgilisi rus dilində bilmir:

"Onu sosial şəbəkədə axtarmağa çalışmayın, rus dilini bilmir. Biz ingilis dilində ünsiyyət qururuq. Türkiyədə heç kimin gələ bilməyəcəyi bir adada qalırıq. Dostlarımızla birlikdə üçmərtəbəli villa kirayələmişik. Hər gün özəl yaxta ilə gəzintiyə çıxırıq. Türkiyəyə mənim yaxın rəfiqəm və həyat yoldaşı dəvət edib. Əslində Avropaya gedəcəkdik, amma məlum hadisələrə görə daha rahat yerdə görüşmək qərarı aldıq. Beləcə, mən də Türkiyəyə getdim".


Etiketlər:  Anastasiya Voloçkova azərbaycanlı sevgilisindən danışdı dilini bilmir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ