Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uşaqlara əlavə vitamin verilməlidirmi? - Həkim şərtləri açıqladı

Uşaqlara əlavə vitamin verilməlidirmi? - Həkim şərtləri açıqladı

Tarix: 21 May 2022 19:27

Hər vitaminin xüsusi vəzifəsi var. D vitamini hər yaş qrupuna verilməlidir. Bu, uşaqların əsəb sisteminə, sümük quruluşlarına və normal inkişafa kömək edir. Kalsium, maqnezium, potasium kimi vacib mineralların ana südündə olması isə körpələrə daha çox faydalıdır.

Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsinin rəisi, uzman pediatr Telman Aytayev bildirib ki, hər vitamin çatışmazlığının klinik əlamətləri var. Orqanizmində rutin olaraq vitamin çox nadir hallarda məsləhət görülür. Yəni iştahsızlıq və çəkidə çatışmazlıq varsa, bir-iki dəfə profilaktik məqsədlə vitamin verilə bilər.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, uşağa vitamin verilərkən onun boyuna, çəkisinə yaşına görə inkişafı izlənilməlidir. Multivitamin verilməsi uşağa kömək etməyə bilər, hətta hansısa dərmanın yan təsiri də meydana çıxa bilər.

Üzvi birləşmələrdən ibarət olan vitaminlər insan qidasının zəruri hissəsini təşkil edir. Qidaların tərkibində vitaminlər çatışmadıqda, orqanizmin funksiyası pozulur, nəticədə avitaminoz və yaddaş zəifliyi kimi hallar yaranır. Lakin ehtiyac olmadıqda qəbul edilən vitaminləri yanlış addım kimi dəyərləndirilir. Vitaminlərin miqdarı çox olduqda isə müxtəlif xəstəliklərə səbəb olur. Həddindən artıq vitamin qəbulu sağlam uşaq demək deyil:

"Orqanizmə C vitamini lazım olduğu halda bir qrup vitaminlər, dəmir və digər mikroelementlərin artıq istifadəsi bədəndə depolanmaya şərait yaradır. Ona görə də sağlam qidalanma ən yaxşı seçimdir. Sağlam qidalanma zamanı meyvə, tərəvəz daha çox ağ ət, yəni balıq və toyuq əti ilə qidalandıqda orqanizmə lazım olan vitaminlər alınır. Hazır və paketli qidaların qəbulu zamanı bir sıra vitaminlərin çatışmazlığı yarana bilər. Vitamin çatışmazlığı zamanı qan azlığı, nevroloji və metobolizm problemlərlə özünü göstərir".


Etiketlər:  Uşaqlara əlavə vitamin verilməlidirmi Həkim şərtləri açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ