Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Rusiya neftinə embarqo ən mənfi ssenari olacaq'' - Vahid Ələkbərov

''Rusiya neftinə embarqo ən mənfi ssenari olacaq'' - Vahid Ələkbərov

Tarix: 22 May 2022 20:30

Rusiyanın "Lukoyl" neft-qaz şirkətinin keçmiş rəhbəri Vahid Ələkbərov Avropa İttifaqının neft tədarükünə embarqo tətbiq etmək qərarının mümkün nəticələrini şərh edib.
Sonxeber.net ölkə.az-a istinadən xəbər verir ki, o, əgər bu baş verərsə, nəinki yaxın, heç orta müddətli perspektivdə də Rusiya neftini əvəz etməyin mümkün olmayacağını bildirib.

İş adamı hesab edir ki, embarqo olarsa, Rusiya 2020-ci ildə pandemiyanın başlanğıcında olduğu kimi hasilatı azaltmalı, quyuları dondurmalı olacaq. Belə ki, bütün Avropa üçün nəzərdə tutulmuş həcmi bir gecədə başqa bazarlara yönləndirmək mümkün olmayacaq.

Ələkbərovun sözlərinə görə, Rusiya neftinə embarqo hamı üçün şok və bütün tərəflər üçün ən mənfi ssenari olacaq.


Etiketlər:  Rusiya neftinə embarqo mənfi ssenari olacaq Vahid Ələkbərov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ