Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan hərbçiləri “Efes-2022”də növbəti tapşırıqları icra ediblər - VİDEO

Azərbaycan hərbçiləri “Efes-2022”də növbəti tapşırıqları icra ediblər - VİDEO

Tarix: 23 May 2022 19:03

Türkiyənin İzmir şəhərində keçirilən "Efes-2022" çoxmillətli təlimi davam edir.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, beynəlxalq təlimin planına əsasən hərbi qulluqçular tapançadan, müxtəlif çaplı atıcı silahlardan və pulemyotlardan praktiki atışlar yerinə yetiriblər.

Bundan başqa, yaralanan hərbi qulluqçuya ilkin tibbi yardımın göstərilməsi və onun təhlükəsiz şəkildə təxliyə olunması, eləcə də axtarış-xilasetmə əməliyyatları üzrə tapşırıqlar uğurla icra olunub.

Qeyd edək ki, Əlahiddə Ümumqoşun Ordunun və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçularının cəlb olunduğu beynəlxalq təlim iyunun 9-dək davam edəcək.

Milli.Az


Etiketlər:  Azərbaycan hərbçiləri Efes 2022də növbəti tapşırıqları icra ediblər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ