Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyalı diplomat “Heç vaxt ölkəmdən bu qədər utanmamışam” deyərək istefa verdi

Rusiyalı diplomat “Heç vaxt ölkəmdən bu qədər utanmamışam”  deyərək istefa verdi

Tarix: 24 May 2022 08:20

BMT-dəki rusiyalı diplomat Ukrayna ilə müharibəyə görə istefa verib.

Rusiyanın Cenevrədə yerləşən BMT-dəki diplomatik missiyasının üzvü Boris Bondarev istefa ərizəsini təqdim edib.

"20 illik diplomatik karyeramda xarici siyasətimizdə çox fərqli cəhətlər görmüşəm, lakin heç vaxt ölkəmdən bu qədər utanmamışdım", - istefa məktubunu Rusiya diplomatik nümayəndəliklərinə çatdıran Bondarev qeyd edib.

Bondarev Rusiya Xarici İşlər Nazirliyini hədəf alan açıqlamalar verib:

"Bu gün Xarici İşlər Nazirliyinin diplomatiya ilə heç bir əlaqəsi yoxdur. Hər şey müharibəni qızışdırmaq, yalan və nifrətlə bağlıdır".

Onun sözlərinə görə, Rusiya XİN-də onun mövqeyini bölüşənlər azdır, insanların çoxu təbliğata və hakimiyyətin onlara dediklərinə əməl edir.

Bondarev həmçinin istefasından sonra Cenevrəni tərk etmək fikrində olmadığını bildirib.


Etiketlər:  Rusiyalı diplomat Heç vaxt ölkəmdən qədər utanmamışam deyərək istefa verdi


RƏYLƏR