Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 May 2022 08:24
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Afrika qitəsindən kənarda meymunçiçəyi epidemiyası əhalinin təcili kütləvi peyvənd edilməsini tələb etməyəcək.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə təşkilatın sözçüsü Riçard Pibodi açıqlama verib.
O, bu xəstəliyə qarşı dərhal istifadə oluna bilən vaksinlərin və antiviral dərmanların tədarükünün məhdud olduğunu etiraf edib, lakin əlavə edib ki, mövcud vəziyyət geniş miqyaslı peyvənd tələb etmir.
Pibodinin sözlərinə görə, gigiyena, əllərin tez-tez yuyulması bu virusun yayılmasını məhdudlaşdırmağa kömək edəcək.