Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 May 2022 09:46
Mayın 15-dən 23-dək Aİ-nin səkkiz üzv ölkəsində - Belçika, Fransa, Almaniya, İtaliya, Niderland, Portuqaliya, İspaniya və İsveçdə meymunçiçəyi infeksiyasına 85 yoluxma hadisəsi qeydə alınıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi (ECDC) məlumat yayıb.
Bildirilib ki, meymunçiçəyi adətən yüngül əlamətlərlə müşahidə olunur və insanların çoxu bir neçə həftə ərzində sağalır. Lakin bəzi hallarda ağırlaşmalar da baş verə bilər.