Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Arıqlamaq üçün yumurta yeyin

Arıqlamaq üçün yumurta yeyin

Tarix: 24 May 2022 23:03

Bir ara yumurtanı "ağır qida", "pis" xolesterinin mənbəyi kimi qələmə verirdilər.

Bu səbəbdən insanlar yumurtanı daha az yeməyə çalışırdılar.

İngiltərə alimləri yumurtanı "təmizə çıxartmaq" üçün xüsusi araşdırmalar apardılar. Araşdırmada 2 qrup insanlar iştirak edirdi. Hər iki qrupun üzvləri eyni qaydada qıdalanırdı. Lakin 1-ci qrup hər gün 2 yumurta yeyirdi, 2-ci qrup isə yemirdi.

3 aydan sonra elmi təcrübədə iştirak edən insanların qanında xolesterinin səviyyəsini yoxladılar. Məlum oldu ki, hər gün 2 yumurta yeyən insanların qanında xolesterinin səviyyəsi qalxmadı və yumurta yeməyən insanların xolesterindən fərqlənmir. Bundan əlavə yumurta yeyən qrupun üzvləri çəki atdılar.

Beləliklə, yumurtanın gündəlik qəbulu qanda xolesterinin səviyyəsini artırmır. Təbii ki, yumurtanı yağda qızardılmış şəkildə yox, suda bişirilmiş şəkildə yemək daha yaxşıdır. Həmçinin yumurta bərk yox, ilıq olmalıdır - bu halda yumurta orqanizm tərəfindən daha yaxşı mənimsənilir. Çiy yumurtanı isə ümumillikdə qəbul etmək tövsiyə olunmur. Çiy zülal orqanizm tərəfindən daha pis mənimsənilir və həmçinin çiy yumurta qəbul edən insanın orqanizminə çox təhlükəli mikroblar düşə bilər.

Yumurta arıqlamağa kömək edir - yumurta insanı daha uzun müddət ərzində tox saxlayır.

Maraqlıdır ki, yumurta yeqanə tam mənimsənilən (97-98% kimi) məhsul sayılır. Yumurta zülalın mənbəyidir. Zülal əzələlərin, sümüklərin, damarların tərkibinə daxildir.

Bəzi xəstəliklər zamanı yumurtanın qəbulu məhdudlaşdırılır. Bu qara ciyər, öd kisəsi xəstəliklərinə, şəkərli diabet xəstəliyinə aiddir.


Etiketlər:  Arıqlamaq üçün yumurta yeyin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ