Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 May 2022 11:30
Beynəlxalq Muğam Mərkəzi və Yaponiyanın Azərbaycandakı səfirliyi arasında mədəni əməkdaşlıq memorandumu imzalanıb.
İmzalanmadan əvvəl BMM-nin direktoru, Xalq artisti Murad Hüseynov BMM-nin konsert, beynəlxalq, nəzəri və elmi-tədqiqat fəaliyyəti haqqında məlumatı səfirin nəzərinə çatdırıb. Bildirib ki, hazırda mərkəzdə həftədə iki dəfə olmaqla Heydər Əliyev Fondu və Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə VIII Muğam Televiziya Müsabiqəsi keçirilir.
Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi öz növbəsində memorandumu yüksək dəyərləndirərək birgə mədəniyyət layihələrinin, konsertlərin keçirilməsinin ölkələrin mədəniyyətini təbliği baxımından vacibliyini qeyd edib.
İmzalama mərasimindən sonra qonaqlara BMM-nin solistlərinin ifasında konsert proqramı təqdim olunub.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzinin fəaliyyəti çərçivəsində imzalanan saziş Azərbaycan milli musiqisinin həm ölkəmizdə, həm də xaricdə daha yaxından tanıdılması işində yeni maraqlı perspektivlər açır.