Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Putinin ətrafında Patruşev kimi ''şahinlər'' mövcuddur''

''Putinin ətrafında Patruşev kimi ''şahinlər'' mövcuddur''

Tarix: 25 May 2022 20:54

Rusiya Prezidenti Vladimir Putinin mühitində üsyan mümkündür, lakin onun aradan götürülməsi üçün başqa ssenarilər də var.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu ukraynalı siyasi ekspert Aleksey Qaran deyib.

"Rusiya rəhbərliyində Ukraynada müharibəni dayandırmağın zəruriliyini anlayan "daha ​​düşüncəli adamlar" var. Söhbət ilk növbədə iş adamlarının pul itirməsindən gedir", - Qaran vurğulayıb.

O, Kreml daxilində üsyanı istisna etməyib: "Putinin ətrafında Patruşev kimi "şahinlər" mövcuddur".

Qaranın sözlərinə görə, çox güman ki, Putin özünü mühafizəçilərlə mühasirəyə alıb, ona görə də onu çıxarmaq mümkünsüz görünür. Belə olan halda Ukrayna bir müddət diktatura rejiminin yanında yaşamalı olacaq.

Professor əlavə edib ki, Putin hakimiyyətdən uzaqlaşdırılarsa, müxtəlif variantlar mümkündür:

"Biri hazırkı rejimi təmsil edən "şahin"ləri hakimiyyətdə saxlamaqdır. Daha çevik bir ssenari də mümkündür. Biz öz işimizi görməliyik. Putinin ətrafına və qorxu içində olan Rusiya cəmiyyətinə ümid edə bilmərik".


Etiketlər:  Putinin ətrafında Patruşev kimi şahinlər mövcuddur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ