Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 May 2022 15:22
Antalyada qadın hoteli yandırmağa cəhd edib. Bıçaqla özünə xəsarət yetirməklə hədələyən qadının bir anlıq diqqətinin dağılmasından istifadə edən polis arxadan yaxınlaşaraq qadını zərərsizləşdirib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, hadisə Alanyanın Güllerpınarı Məhəlləsində baş verib. Əldə edilən məlumata görə, psixoloji problemləri olduğu iddia edilən, soyadı açıqlanmayan Nilüfer adlı qadın bir müddətdir boş qalan hotelə girib. Qadının hotelin mətbəxində yanğın törətməyə çalışdığını görən ətrafdakı vətəndaşların xəbəri üzərinə polis, xilasetmə və sağlamlıq qrupları bölgəyə sövq edilib. Kiçikmiqyaslı yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb, polis qadını fikrindən döndərmək üçün işlərə başlayıb.
Tez-tez qışqıraraq jandarm və prokuror, sonra isə MOSSAD agenti olduğunu iddia edən qadın onu FETO-nun bu hala saldığını bildirib. Uzun müddət davam edən razısalma cəhdlərinə cavab verməyən qadın əlindəki bıçaqla özünü yaralayacağı ilə hədələyərək polis qruplarının müdaxiləsinin qarşısını almağa çalışıb. Bir müddət davam edən, heç bir nəticə verməyən cəhdlərdən sonra Alanya Rayon Polis İdarəsinin rəis müavini işə müdaxilə edib və qadını bir müddət məşğul edib. Bu zaman Respublika Polis İdarəsi qrupları arxadan yaxınlaşaraq qadını zərərsizləşdirə biliblər.
Sağlamlıq qrupları tərəfindən ilkin tibbi yardım göstərilən qadın daha sonra polis qrupları tərəfindən nəzarətə götürülüb.
Məhəllə sakini Şeker Taşlan qadının narkoman olduğunu təxmin etdiyini deyib.
"Səhər qışqırıq səsi eşitdik. Onun boş bir binaya girdiyini gördük. Məncə o, narkomandır. Tanımırıq, bilmirik. Əvvəlcə yanğın törətdi. Polis və yanğınsöndürənlər gəldi. Bıçağı götürdü və buna görə polis içəri girə bilmədi", - deyə hadisəni nəql edib.