Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 May 2022 07:51
Alma sirkəsindən əsrlər boyu müalicə məqsədilə istifadə edilmişdir. Çünki alma sirkəsi tərkibində alma turşusu olan bir şəfa qaynağıdır. Alma sirkəsinin şəfa qaynağı olmasının səbəbi tərkibində çoxlu C vitaminin, kalsiumun, kaliumun və müxtəlif faydalı kimyəvi birləşmələrin olmasıdır. Tərkibində olan maddələr alma sirkəsinin aşağıdakı xüsusiyyətlərə malik olmasına səbəb olur:
* qanı duruldur
* qızdırmanı aşağı salır
* sinir sistemini sakitləşdirir.
Alma sirkəsinin maddələr mübadiləsini sürətləndirmək və bir çox xəstəliklərin baş vermə riskinin azltmaq qabiliyyəti vardır. Alma sirkəsi tərkibində olan vitaminlər sayəsində orqanizmin müqavimətini artırır, tərkibində olan kalsium sayəsində sümükləri möhkəmləndirir.
Alma sikəsi bağırsaq sisteminin də fəaliyyətini yaxşılaşdırır. Tərkibində olan petkin maddəsi kimi tanınan liflər bağırsaqlarda olan spazmları aradan qaldırmaqla, həzmi sürətləndirir, ishalı müalicə edir. Həzmi sürətləndirmək məqsədilə sirkə qatılmış suyu gün ərzində bir-neçə dəfə içmək lazımdır. Sirkə meyvə suyuna qarışdırılaraq qəbul edildikdə daha effektli olur. Alma sirkəsini bala qarışdırıb içmək qastrit ağrılarının aradan qaldırır. Suya qatılmış alma sirkəsini içmək və iyləmək burun boşluqlarında yığılıb qalmış iltihabı axıdır və burun boşluqlarına antiseptik təsir göstərir. Tərkibində olan maddələr sayəsində dərinin pH balansının ödəyir və bədənin iylənməsinin qarşısını alır. Alma sirkəsi qatılmış su ilə ayaqları vanna etdikdə ayaq iylərindən xilas olmaq olur. Bu məqsədlə ayaq vannası edilən suya 2 stəkan alma sirkəsi əlavə edilir və ayaqlar ən azı 15 dəqiqə vanna edilir.
Alma sirkəsi qatılmış su içmək soyuqlama əlamətlərini də aradan qaldırır, boğaz iltihabına faydalı gəlir, bala qatılıb içildikdə öskürəyi kəsir.
Alma sirkəsi yorğunluğu aradan qaldırır. Bunun üçün 1 stəkan meyvə suyuna 1 çay qaşığı alma sirkəsi qatılıb içilir.
Alma sirkəsi qatılmış su ilə ağız boşluğunu yaxaladıqda ağız qoxusu aradan qalxır, diş dibi iltihabları sağalır. Bunun üçün sirkə qatılmış su ilə ağız 10 saniyə qarqara edilir. Bu vasitə ilə dişlərdə olan sarı ləkələr təmizlənir və dişlər ağarır. Alma sirkəsi qatılmış su içmək bağırsaq bakteriyalarını da öldürür. Bağırsaqlarda olan göbələkləri təmizləməklə saçlarda və dırnaqlarda olan göbələk xəstəliklərinin kökünü kəsir. Bunun baş verməsi üçün 1-2 ay müddətində hər gün acqarına 1 çay qaşığı alma sirkəsi qatılmış su içmək lazımdır.
Alma sirkəsi qatılmış su qəbul etmək qanda şəkərin miqdarının da normallaşmasına səbəb olur.
Alma sirkəsi qarışdırılmı isti su içməklə artıq piylərdən tez bir zamanda xilas olmaq olur. Bu məqsədlə hər səhər acqarına 1 stəkan isti suya 1 çay qaşığı alma sirkəsi tökülüb içilir. Tez bir zamanda arıqlamaq istədikdə gün ərzində bir neçə dəfə bu qarışımdam içməklə artıq çəkidən azad olmaq olur.