Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Duru sabun istifadəsi dırnaqlara zərərdir - ARAŞDIRMA

Duru sabun istifadəsi dırnaqlara zərərdir - ARAŞDIRMA

Tarix: 28 May 2022 20:03

Dermatologiya üzrə türkiyəli uzmanı Dr. Serpil Özyılmaz, dırnaq qırılmasının bir çox səbəbi olduğunu bildirib. Bu qırılmalar  bəzən ciddi sağlıq probleminə işarə ola bilər.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, dırnaq qırılmalarına ən çox vitamin və mineral əskikliyi səbəb olur. Başlıca olaraq dəmir, kalsium,maqnezium, Avə D vitamin çarışmazlığı əsas götürülür.  Həkimin sözlərinə görə sağlam dırnaqlar çəhrayı rəngdə və möhkəm görünür.

Qış aylarında dırnaqlar soyuq hava səbəbindən daha həssas vəziyyətə gələ bilir. Əsasən bu aylarda əlləri yuduqdan sonra və açıq havaya çıxılan zaman nəmləndirici istifadə etmək , əlcək taxmaq lazımdır.

Duru sabunlar da  dırnaqların qırılmasına gətirib çıxarır. Əlləri yuyarkən ənənəvi sabunlardan istifadə etmək lazımdır. Duru sabun, nəm salfetka kimi təmizlik vasitələrinin tərkibindəki kimyəvi maddələr dərinin sağlığına zərər verdiyi üçün tövsiyə edilmir.

Bundan əlavə soyuq havalarda tez-tez əlləri yumaq dərinin sağlığını pozur. Əgər allergik bir xəstəliyiniz varsa pambıq əlcək istifadə etməyə çalıpşın.

Davamlı olaraq dırnaq boyası və aseton istifadəsi də dırnaqlar üçün ziyanlıdır.


Etiketlər:  Duru sabun istifadəsi dırnaqlara zərərdir ARAŞDIRMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ