Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2022 01:30
"Bilmədiyim söyüşləri TikTok-da görürəm. 52 yaşlı kişi kimi o sözləri heç bilmirəm. Amma qadınlardan eşidirəm. O sözləri onlar haradan icad ediblər, o dərsi kim keçib? Qadın və söyüş... Biri var eşitdiyimiz yüngül, biri də var ağır (köklü) söyüşlər. TikTok abırsızlığı təbliğ edir".
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri "MTV Maqazin"ə açıqlamasında müğənni Nadir Qafarzadə deyib. Sənətçi bəzi tanınmış simaların pula görə "TikTok"da özlərini təlxək vəziyyətinə saldıqlarını vurğuluyub və onları tənqid edib:
"Efirə çıxanda kişi-kişi danışırdılar. İndi baxırsan ki, TikTok-da oyun çıxarır. Deməli, sən elə o imişsən, obraza girmişdin. Normal qadına və kişiyə orada hoqqa verib, oyun çıxarmaq yaraşmır. Tanınmışlar təlxəklik əvəzinə, işlərini reklam etsinlər. Mən də oraya 7-8 video yükləmişəm, amma təlxəklik, ucuzluq yoxdur. Maraq üçün girmişdim, yazdılar ki, imkan ver kasıblar qazansın. Ondan sonra girməmişəm və girməyəcəyəm. Allah mənə TikTok pulunu qismət etməsin. Etdiyi gün canımı alsın. TikTok-da pul istədiyim gün yəqin ki, özümü asaram".