Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2022 11:46
Strasburqda maraqlı hadisə baş verib.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, əri ilə aptekə dərman almaq üçün girən hamilə qadın gizlincə əczaçıya üzərində "SOS" yazılmış kağız verib.
Qadının vəziyyətini anlayan əczaçı gizlicə polisə xəbər verib. Bir neçə dəqiqə sonra hadisə yerinə gələn polis qadının ərini saxlayıb.
Saxlanılan zaman kişi polisə müqavimət göstərsə də fayda verməyib.
Polis idarəsinə gətirilən cütlüyün izahatı alınarkən qadın davamlı şəkildə zorakılığa məruz qaldığını bildirib.
Sübut üçün əlavə tibbi ekspertizaya ehtiyac qalmayıb.
Qadının bədənindəki qançırlar hadisənin təzə olduğunu göstərirdi.
Polis kişini inzibati qaydada həbs edərək işi məhkəməyə göndərib.
Əczaçı isə sayıq davranışına görə polis rəisi tərəfindən qəbul edilərək təşəkkür elan olunub.