Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aİ-dən Rusiyaya qarşı YEKUN QƏRAR: iki günə təsdiqlənəcək

Aİ-dən Rusiyaya qarşı YEKUN QƏRAR: iki günə təsdiqlənəcək

Tarix: 31 May 2022 21:09

Aİ-nin Rusiyaya qarşı sanksiyalarının altıncı paketi, o cümlədən Rusiya neftinin Aİ ölkələrinə tankerlərlə tədarükünə altı aylıq embarqo, nəhayət, iyunun 1-2-də təsdiqlənə bilər.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bunu Aİ sammitinin yekun mətbuat konfransında Avropa Şurasının rəhbəri Şarl Mişel deyib.

"Mən təsdiq edə bilərəm ki, hüquqi mətn (Aİ Şurasının sanksiyalarla bağlı qətnamələri) artıq redaktə olunur, bu, saatlar məsələsidir, biz hüquqi mətnin sabah axşam və ya o biri gün təsdiqlənəcəyini gözləyirik", - Mişel bildirib.

"Aİ sammiti, demək olar ki, bir aylıq müzakirələrdən sonra, Rusiya neftinə qismən təxirə salınmış embarqoya əlavə olaraq, Rusiyaya qarşı altıncı sanksiyalar paketi ilə bağlı razılığa gəldi. Beləliklə, qara siyahının genişləndirməsi, Sberbank və daha iki Rusiya bankının SWIFT-dən ayrılması və üç Rusiya telekanalının Aİ-də yayımına qadağa qoyulmasına qərar verildi. Sanksiyaların yekun təsdiqindən sonra iki bankın və telekanalların adları açıqlanacaq", - Aİ rəsmisi vurğulayıb.

Milli.Az


Etiketlər:  dən Rusiyaya qarşı YEKUN QƏRAR günə təsdiqlənəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ