Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Göz içinə tatu etdi, göz yaşları mavi oldu

Göz içinə tatu etdi, göz yaşları mavi oldu

Tarix: 2 Iyun 2022 21:27

Avstraliyada yerli bloger Enber Lyuk göz içində tatu döydürərək, anomal hal yaşayıb.

Milli.Az bakupost-a istinadən xəbər verir ki, mavi mürəkkəblə göz rəngini dəyişən qız prosedurdan sonra mavi göz yaşları ilə ağlayıb.

Qızın sözlərinə görə, o, 5 il əvvəl tatu vasitəsilə göziçi rəngini dəyişmək qərarına gəlib:

"Bu döymə proseduru olduqca əzablı idi. Hər göz almasına 4 şpris inyeksiya olundu. Sonradan gözümdən mavi göz yaşları axanda anladıq ki, tatu ustası səhv edib. Mən az qala kor qalacaqdım. O həddən artıq çox rəng istifadə etmişdi. Sanki gözlərimə şüşə qırıntısı batırdı.

Görməm 3 həftə itdi. Mən mavi göz yaşı ilə ağlayırdım. Həkimlərin səyi ilə kor olmaqdan xilas oldum. Bu proseduru heç kimə tövsiyə etmirəm".

Qız həmin hadisəni qabırğa üzərində mavi göz yaşlı qız tatusu ilə əbədiləşdirib .

Milli.Az


Etiketlər:  Göz içinə tatu etdi göz yaşları mavi oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ