Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xəbərdarlıq etdik, məhəl qoymadılar, müharibə başladı

Xəbərdarlıq etdik, məhəl qoymadılar, müharibə başladı

Tarix: 6 Iyun 2022 04:14

Bizə birbaşa və kifayət qədər kobud şəkildə dedilər: alyansın genişlənməsi və Ukraynanın bu prosesdə mümkün iştirakı Rusiyanın işi deyil, siz bu məsələlərə qarışmayın.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

"Minsk razılaşmalarının yerinə yetirilməsi tələbləri ilə paralel olaraq biz uzun illərdir ki, Qərbin NATO-nun genişlənməsi istiqamətindəki kursunun pis bitəcəyini xatırladırıq. Birincisi, məlum olur ki, onlar Sovet İttifaqına NATO-nun genişlənməyəcəyinə söz verərkən bizə yalan danışıblar. O vaxtdan bəri ittifaq beş dəfə genişlənib. Artıq altıncı genişlənmə planlaşdırılır", - Lavrov vurğulayıb.

Lavrov həmçinin qeyd edib ki, Ukrayna NATO-ya cəlb olunmağa başlayanda Rusiyanın ona birbaşa təhlükə kimi baxacağı barədə xəbərdarlıq edilmişdi:

"Onlar 2009-cu ildə təklif etdiyimiz Avropada təhlükəsizlik zəmanətləri haqqında müqavilə layihəsini rədd etdilər. 2021-ci ildə bizim ABŞ-a təklif etdiyimiz başqa bir layihəyə və ayrıca NATO müqaviləsinə məhəl qoymadılar".


Etiketlər:  Xəbərdarlıq etdik məhəl qoymadılar müharibə başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ