Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qurban Qurbanov: İstədiyimiz kimi oynaya bilsək, uğurlu nəticə qazanarıq

Qurban Qurbanov: İstədiyimiz kimi oynaya bilsək, uğurlu nəticə qazanarıq

Tarix: 18 Sentyabr 2019 17:48

Bakı. Samir Əli - Trend:

"İstədiyimiz kimi oynaya bilsək, uğurlu nəticə qazana bilərik".

Trend-in məlumatına görə, bunu Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov sabah Bakıda keçiriləcək "Qarabağ" - "Sevilya" oyunu ilə bağlı keçirilən mətbuat konfransına deyib.

Baş məşqçi oyunda uğurlu nəticə əldə edəcəklərinə ümid edib: "Sevilya" kimi komandanın Bakıya gəlməsi hamı üçün sevindiricidir. 1 ilə yaxın idi ki, azarkeşlərimiz belə rəqibə qarşı canlı oyun izləmirdilər. Düşünürəm ki, sabah meydanda yaxşı bir kollektiv görəcəyik, sona qədər mübarizə aparacağıq. Baxmayaraq ki, “Sevilya” Avropa Liqasında çıxış edir, düşünürəm ki, bu komanda Çempionlar Liqasında oynamağa layiqdir. Öz meydanımızda oynayırıq, maksimum ən yaxşısını etməyə çalışacağıq. İstədiyimiz kimi oynaya bilsək, uğurlu nəticə qazanarıq".

Xatırladaq ki, sentyabrın 19-da UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində "Qarabağ" Bakıda Tofiq Bəhərmov adına stadionda "Sevilya" komandasını qəbul edəcək. Oyun Bakı vaxtı ilə 20:55-də başlayacaq. Oyunu ukraynalı hakimlər idarə edəcək.


Etiketlər:  Qurban Qurbanov İstədiyimiz kimi oynaya bilsək uğurlu nəticə qazanarıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ