Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur qrupun ən seksual müğənnisi bir daha Rusiyaya dönməyəcək...

Məşhur qrupun ən seksual müğənnisi bir daha Rusiyaya dönməyəcək...

Tarix: 6 Iyun 2022 16:25

Məşhur rusiyalı ifaçı Vera Brejneva daha Rusiyada çıxış etməyəcək.

Milli.Az moderator.az-a istinadən xəbər verir ki, bu barədə Vera Brejnevanın PR-meneceri Anastasiya Drapenko "News.ru" saytında məlumat verib.

"Yox, mən onunla işləmirəm, Brejneva daha yoxdur, o, buraya bir daha dönməyəcək", - nəşr Drapenkodan iqtibas gətirib.

Vera Brejneva Rusiyanı tərk edib və fəal surətdə Ukrayna qaçqınlarına kömək edir.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ilk günlərindən "VİA Qra" triosunun sabiq iştirakçısı nəticələrindən çəkinməyərək, baş verənləri Rusiya təbliğatının təklif etdiyi "xüsusi əməliyyat" termininə zidd olaraq müharibə adlandırıb.

"Mənim anam və nənəm milliyyətcə rusdur, - Vera Brejneva yazıb. - Atam və babam ukraynalıdır. Hər iki xalq mənim əcdadlarım, mənim qanımdır.

Mən Ukraynada doğulmuşam və burada yaşayıram. İndi başımıza bəla gəlib.

Mənim istifadəçilərimin 32 faizi ruslardır. Mən, sadəcə, istəyirəm ki, siz həqiqəti biləsiniz. Əgər gücünüz nəsə etməyə çatırsa, bunu edin", - Brejneva sosial şəbəkələrdə belə yazıb.

Xatırladaq ki, Bera Brejneva (əsl soyadı Qaluşkadır) Ukraynanın Dnepropetrovsk vilayətinin Kamenskoye şəhərində anadan olub.

2003-2007-ci illərdə "VİA Qra" pop-qrupunda iştirakı ilə məşhurlaşıb.

"Böyük şəhərdə məhəbbət", "Küknarlar" kinofilmlərində çəkilib.

2010-cu ildə ilk solo albomunu buraxıb.

Rusiyada 2000-ci illərin əvvəllərindən yaşamağa başlayıb, lakin tez-tez Ukraynaya gedərək, valideynləri və qohumları ilə qalıb.

2015-ci ildə müğənni gizlin olaraq bəstəkar və prodüser Konstantin Meladzeyə ərə gedib. 

Müğənnilik karyerasından başqa, Brejneva sosial layihələrlə məşğul olub, BMT-nin Orta Asiya və Şərqi Avropa ölkələrində QİÇS- ə yoluxan qadınların hüquqları və ayrıseçkilik məsələləri üzrə səfiri olub, öz xeyriyyə fondunu yaradıb.

Məlumatlara görə, Kiyevdə bombardmanlardan gizlənən Meladze Rusiyada "VİA Qra" qrupunu ləğv edib.

Milli.Az


Etiketlər:  Məşhur qrupun ən seksual müğənnisi bir daha Rusiyaya dönməyəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ