Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur həkim ürək üçün 3 super ərzağı AÇIQLADI

Məşhur həkim ürək üçün 3 super ərzağı  AÇIQLADI

Tarix: 7 Iyun 2022 22:06

Rusiyanın məşhur həkim kardioloqu Yelena Malışeva və kardioloq German Qandelman ürək üçün faydalı 3 super qidanı açıqlayıb.

Milli.Az bakupost-a istinadən xəbər verir ki, həkimlər qırmızı bibər, cəfəri və skumbriya balığının ürək-damar sistemi üçün çox faydalı olduğunu bildirib.

"Ürək daha çox əzələli orqandır, fasiləsiz işləyir, ona hər gün lazımlı maddələr verilməlidir. Ürək kaliysiz yaşaya bilməz, onun defisiti aritmiyaya gətirib çıxarır. 55 qram cəfəridə olan kaliy miqdarı ürək üçün sutkalıq normanı verir.

İkincisi - çili qırmızı acı bibəri, damarları təmizləyir, qanı duruldur, elastik edir, oksud azotu artırır.

Sutkada 5 qram qırmızı bibər kifayətdir.

Üçüncüsü skumbriya kardioloqların çox sevdiyi balıqdır. O, aterosklerozun qarşısını alır. Sutkada 50 qram skubriya da yetərlidir".
Ürəyinin möhkəm olmasını istəyənlər bu 3 ərzağı masasında daimi etsin.

Milli.Az


Etiketlər:  Məşhur həkim ürək üçün 3 super ərzağı AÇIQLADI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ