Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2022 10:04
Ermənistanın Baş naziri Nikol Paşinyan daha bir açıqlaması ilə ölkəsində qalmaqala səbəb olub.
Sonxeber.net xəbər verir ki, erməni teleqram kanallarında yayılan görüntülərdə Paşinyan özünü türk hesab etdiyini bildirib.
Belə ki, jurnalistlərdən biri Paşinyana "Özünüzü türk hesab edirsinizmi?" sualını ünvanlayıb. Paşinyan isə suala "Bəli, bəli" deyə cavab verib.
Qeyd edək ki, sözügedən videonun çəkildiyi tarix dəqiq açıqlanmasa da, sosial şəbəkələrin erməni seqmentində geniş yayılıb.