Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Binədə insanları narahat edən üfunət iyi: sakinlər öz evlərində nəfəs ala bilmir - VİDEO

Binədə insanları narahat edən üfunət iyi: sakinlər öz evlərində nəfəs ala bilmir - VİDEO

Tarix: 10 Iyun 2022 15:32

Həyət evində yaşamaq istəyi ilə torpaq alıb ev tikirsən, amma evin içində belə nəfəs ala bilmirsən. Belə bir vəziyyətlə Bakının Suraxanı rayonu, Binə qəsəbəsinin sakinləri üzləşib. Onlar deyir ki, yaxınlıqdakı quş kəsim məntəqəsindən ətrafa yayılan üfunət burada yaşamağı dözülməz edir. Havalar istiləşəndə isə problemin miqyası daha da böyüyür. Əməkdaşlarımız qəsəbədə olaraq hər iki tərəfin məsələyə mövqeyini öyrəniblər.

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, evlərə yaxın ərazidə olan toyuq kəsimi məntəqəsindən gələn qoxu ərazidə yaşayan insanları təngə gətirib.

Bura suraxanı rayonu binə qəsəbəsidir. Sakinlər iddia edirlər ki, ərazidəki kəsim mənətəqəsindən mütəmadi olaraq  ətrafa pis iy yayılır ki, buda haqlı olaraq onları narahat edir.

Sakinlər bildirir ki, vəziyyətlə əlaqədar dəfələrlə aidiyyatı qrumlara müraciət etsələr də, dərdlərinə əlac tapa bilmirlər.

Məsələ ilə bağlı həmin kəsim məntəqəsinə biz də müraciət etdik. Müəssisədən Xəzər xəbərə bildirilib ki, tam qanuni şəkildə fəaliyyət göstəririlər. Əraziləri kənd təsərrüfatı üçün ayrılıb, onlardan şikayət edən insanlar isə qanunsuz olaraq kburada ev tikiblər. Ərazidə olan hovuzlardakı sulara qalınca isə bildirilib ki, sular hər gün xüsusi maddələrlə  filtirdən keçirilir və yenidən emal edilərək yaşıllıqlar üçün istifadə olunur. O ki, qaldı üfunətə müəssisə bildirib ki, burda hər hansı bir iyidən söhbət gedə bilməz. Məntəqədə kəsim aparılarkət Qida təhlükəsizliyi agentliyinin nümayəndələri tərəfindən prosesə nəzəraət edilir.


Etiketlər:  Binədə insanları narahat edən üfunət sakinlər evlərində nəfəs bilmir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ