Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2022 20:36
Dünyada infarktdan ölənlərin sayı hər gün artmaqdadır, belə olduqda infarkt riskini artıran səbəbləri tanımaq önəm daşıyır.
Həmin səbəbləri təqdim edirik:
Əsəbləşmək
Siz ən kiçik bir şeylərə əsəbləşəndə bu sizdə infarkt riskini artırır. Avstraliya Universitetinin alimləri 313 xəstənin üzərində apardığı araşdırmaların nəticəsini açıqlayıb.
Nəticə göstərir ki, infarkt keçirən xəstələr əsəbləşəndən sonra 2 saat ərzində 8.5 dəfə daha çox infarkt riski ilə üzləşir.
Teelviziya və ya kompüter monitoru arxasında oturmaq
London Universitetinin araşdırması göstərir ki, kompüter və ya televiziya ekranı qarşısında 4 saatdan çox oturan şəxs 125 dəfə daha çox infrakt riski ilə üzləşir.
Hər 20 dəqiqədən bir qısa müddətli piyada gəzmək bu riski qismən azaldır.
Gecə 6 saatdan az yatmaq
Böyüklərə məsləhət görülür ki, hər gecə 7-8 saat yatsın. Az yatmaq uzun müddətdə ölümə səbəb olur. Skandinavian Səhiyyə Nazirliyinin araşdırmasına görə, Yaponiyalı kişilər hər gecə 6 saatdan az yatdıqları üçün hər gecə 7-8 saat yatan kişilərdən 5 dəfə daha çox infarkt riski ilə üzləşirlər. Belə bir araşdırma qadınlar üzərində də aparılıb və nəticə eynidir.
Çirkli havada yaşamaq
Havanın çirkli olması sizin ağciyərinizə ziyanı olduğu qədər, ürəyinizə də ziyanlıdır. Amerikanın Boston Universitetinin araşdırmasına görə, çirkli hava şəraitində yaşamaq 48 faiz infarkt riskini artırır.
Boşanmaq
ABŞ-ın Şimali Karolina ştatının Darem şəhərində yerləşən Dyuk Universitetinin Tibb Məktəbinin tədqiqatçıları 18 il ərzində 16 min 45-80 yaşlı ən az bir dəfə evlənən kişi və qadın üzərində araşdırma aparıb. Araşdırma zamanı hər iki ildən bir bu insanların evlilik və sağlamlıq durumu yoxlanılıb.
Araşdırmanın nəticəsi olaraq məluma olub ki, boşanmış qadınlar 25 faiz daha çox infarkt olur. İki dəfə evlənib boşanan qadınlar 77 faiz daha çox infarkt riski ilə üzləşir. Bir dəfə boşanan kişilərlə bağlı bu tədqiqatın nəticəsi qadınlarla eynidir, iki və ya daha çox boşananlarda isə bu risk 30 faiz təşkil edir.
Saatın qabağa və geri çəkilməsi
Miçiqan tədqiqat universitetinin məlumatına görə, bahar və payız fəslinin əvvəlində saatın irəli və geri çəkilməsi nəticsəində yatma və oyanmada yuxu pozğunluğu infarkt riskini artırır.
Kəskin soyuq və kəskin isti tempuraturada yaşamaq
İngiltərə alimlərinin araşdırmasının nəticəsinə görə, kəskin soyuq hava və çox isti hava infarkt riskini artırır. Tədqiqatçılar bildirir ki, havanın temperaturunun iki gün davamlı -8.3 dərəcəyə düşməsi infarkt qurbanı olma ehtimalını 36 faiz artırır.
Digər tərəfdən tədqiqatçılar bildirir ki, havanın temperaturunun 20 dəcəyə qədər yüksəlməsi infarkt riskini 2 faiz artırır.