Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İmmunitet üçün SUPER-qarışıq. RESEPT

İmmunitet üçün SUPER-qarışıq. RESEPT

Tarix: 11 Iyun 2022 21:48

Soyuq fəsillərdə müxtəlif vitaminli qarışıqların istifadəsi çox yaxşı profilaktik effekt verir. Adətən bu qarışıqalara meyvə quruları, limon, portağal, bal, qoz-fındıq daxil edilir.

Bu məhsullar orqanizmi bütün ən vacib vitamin və minerallarla təmin edir, immuniteti möhkəmləndirir, orqanizmin virus və infeksiyalara qarşı davamlılığını artırır.

Saytımızda bir neçə çox effektli vitaminli qarışıqların reseptləri təqdim olunur. Sizə növbəti çox faydalı  qarışığın reseptini təqdim edirik.

Digər qarışıqlardan fərqli olaraq onun tərkibinə güclü mikrob və iltihabəleyhinə təsirə malik olar əzvay (aloe) bitkisinin şirəsi daxildir.

Qarışığın hazırlanması:

1. Aloenin qalın yarpaqları yığılır, şirəsi sıxılır (yarım stəkan alınmalıdır).

2. 300 qr qoz, 2 limon (qabıqlı) blenderin köməyi ilə xırdalanır.

3. Qozlu-limonlu qarışığa yarım stəkan təbii bal və aloenin şirəsi əlavə olunur, yaxşı qarışdırılır.

4. Qarışığı soyuducuda saxlayın və gündə 2 dəfə (səhər və axşam) 1 desert qaşığı olmaqla qəbul edin.

Qarışıq çox gözəl profilaktik və müalicəvi təsir edir.


Etiketlər:  İmmunitet üçün SUPER qarışıq RESEPT


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ