Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“TikTok”da faydalı yenilik

“TikTok”da faydalı yenilik

Tarix: 12 Iyun 2022 18:20

"TikTok" sosial şəbəkəsi istifadəçilərə bütün asudə vaxtlarını tətbiqdə sərf etməmək üçün gördüyü tədbirləri açıqlayıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, onlar artıq gündəlik ekran vaxtı məhdudiyyətlərini təyin edə bilərlər.

Bir neçə həftədən sonra isə "TikTok"da keçirdikləri vaxtın miqdarına nəzarət edə biləcəklər.

Yeni seçim ekran vaxtında müntəzəm fasilələr təyin etməyə imkan verəcək. Tətbiq istifadəçilərə nə vaxt fasilə verməli olduqları barədə xəbərdarlıq edəcək.

Bundan əlavə, tətbiqi bir gündə 100 dəqiqədən çox istifadə edən 13-17 yaşlı "TikTok" istifadəçiləri proqramı növbəti dəfə açdıqda ekran vaxtı limiti təyin etmək üçün xatırlatma alacaqlar.

Qeyd edilir ki, 2022-ci ilin birinci rübündə "TikTok" dünyada ən çox yüklənən proqram olub.


Etiketlər:  TikTokda faydalı yenilik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ