Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2022 23:52
Əfqanıstanın Bəlx vilayətində beynəlxalq hava limanının iki əməkdaşı avtobusa silahlı hücum nəticəsində həlak olub.
Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə Əfqanıstanın "KabulNews" telekanalı məlumat yayıb.
Əyalətin inzibati mərkəzi - Məzari-Şərif şəhərinin hava limanının əməkdaşları iş günündən sonra evə qayıdarkən xüsusi avtobusda silahlı basqın edilib.
Daha 7 nəfərin yaralandığı bildirilir.
Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.