Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyun 2022 08:42
Rusiyadan Hindistana ilk yükün İrandan tranzitinə başlanılıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Həştərxanda yerləşən İran-Rusiya müştərək limanının rəhbəri Daryuş Camali deyib.
O bildirib ki, sözügedən yük çəkisi 41 ton olan iki ədəd 40 futluq taxta laminat konteyneridir.
"Yük sınaq məqsədilə Rusiyanın Sankt-Peterburq şəhərindən yola salınıb və Həştərxan limanına daşındıqdan sonra Xəzər dənizi vasitəsilə İranın Ənzəli Limanına daşınacaq",- deyə o bildirib.
Onun sözlərinə görə, sözügedən konteynerlər Ənzəli Azad İqtisadi Zonasında yük maşınları ilə Bəndər Abbas limanına, oradan isə konteyner gəmiləri ilə Hindistanın Nəvaşiva limanına daşınacaq.
"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində daşınacaq bu yükün 25 gün ərzində Rusiyadan Hindistana çatdırılması nəzərdə tutulub.