Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2022 07:16
Bu gün "Qarabağ"ın Çempionlar Liqasının yeni mövsümündəki ilk rəqibi müəyyənləşəcək.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, Ağdam təmsilçisinin qarşılaşacağı komanda I təsnifat mərhələsinin püşkatması zamanı bəlli olacaq.
Tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Püşkatma UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək. Mərasimdə Ağdam klubunu Beynəlxalq Əlaqələr üzrə menecer Fərid Ağayev təmsil edəcək. Püşkatmaya 29 ölkənin çempionu və ilkin mərhələnin qalibi qatılacaq.
Onlar 15 cüt təşkil edəcək. Püşk zamanı "Qarabağ" səpələnmişlər səbətində yer alacaq. Qurban Qurbanovun yetirmələri digər səbətdəki komandalardan biri ilə düşəcək. UEFA Azərbaycan çempionunun mümkün rəqiblərinin sayını 5-ə endirib. Püşk Ağdam təmsilçisinə "Zrinski" (Bosniya və Herseqovina), "Lex" (Polşa), "Hibernians" (Malta), "Şkupi" (Şimali Makedoniya) və "Dinamo" (Batumi, Gürcüstan) "beşliy"indən birini rəqib edəcək.
Çempionlar Liqası
I təsnifat mərhələsi
Səpələnmişlər
"Lüdoqorets" (Bolqarıstan)
ÇFR (Rumıniya)
"Ferensvaroş" (Macarıstan)
"Maribor" (Sloveniya)
"Düdelanj" (Lüksemburq)
"Malmö" (İsveç)
"Bodo Qlimt" (Norveç)
HİK (Finlandiya)
TNS (Uels)
"Jalgiris" (Litva)
"Qarabağ" (Azərbaycan)
"Şerif" (Moldova)
"Slovan" (Slovakiya)
"Linkoln" (Cəbəllütariq)
"Şemrok Rovers" (İrlandiya)
Səpələnməmişlər
"Sutyeska" (Monteneqro)
"Şaxtyor" (Belarus)
"Tobol" (Qazaxıstan)
"Pünik" (Ermənistan)
"Tirana" (Albaniya)
"Linfild" (Şimali İrlandiya)
"Klasksvik" (Farer adaları)
İlkin mərhələnin qalibi
RFS (Latviya)
"Balikani" (Kosovo)
"Zrinski" (Bosniya və Herseqovina)
"Lex" (Polşa)
"Hibernians" (Malta)
"Şkupi" (Şimali Makedoniya)
"Dinamo" (Batumi, Gürcüstan)
Qeyd edək ki, həm Çempionlar Liqasında, həm də Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü sabah atılacaq. "Qarabağ"ın hər iki turnirin növbəti raundundakı mümkün rəqibləri, həmçinin yarışın ilk mərhələsindən azad olan Azərbaycan klubları "Neftçi", "Zirə" və "Qəbələ"nin Konfrans Liqasında qarşılaşacağı komandalar bilinəcək.