Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Boyun ağrısının 8 çarəsi

Boyun ağrısının 8 çarəsi

Tarix: 14 Iyun 2022 07:33

Xüsusilə bütün günü kompüter arxasında keçirənlər ən çox şikayəti edirlər

Əgər siz də bütün gün kompüter arxasında işləyirsinizsə həyatınızın bir dövründə boyun ağrısı çəkməniz qaçınılmazdır.

Araşdırmalar, insanların 50 faizinin hər il boyun ağrısı şikayətiylə həkimə müraciət etdiyini göstərir. Gündəlik həyatda sadə tədbirlərlə boyun ağrılarının qarşısını almaq mümkündür.

Boyun ağrısı xüsusilə ofis işlərində işləyənlərin şikayətidir. Bütün gün kompüter qarşısında işləmək, gündəlik iş həyatındakı gərginliklər boyun ağrılarının artmasına səbəb olan faktorlardandır. Boyun ağrıları, sadə ağrı kəsicilərlə aradn gedir.

Həmçinin isti-soyuq kompresler də təsirlidir. Ağrıyan yeri 20 dəqiqə buz torbası və ya dəsmala sarılmış buz parçaları ilə kompres etdikdən sonra ilıq bir duş almaq kifayətdir.

Boyun ağrısının müalicə etmək üçün 9 təklif.

1. Üzüstə yatmaqdan çəkinin. Bu halda boyunuza artıqdan yük düşür.

2. Dişlərinizi qıcamayın. Bu hərəkət boyun əzələlərini dartılmasına səbəb olur.

3. Nizamlı fiziki hərəkətlər edin. Davamlı fiziki hərəkət edənlərdə boyun ağrısı ehtimalı çox azdır.

4. Zehni stressi azaltmağa çalışın.

5. Maşınızda oturacağı nizamlayın.

6. Telefonla danışarkən telefonu qulağınızla çiyiniz arasında sıxmayın.

7. Göz xəttinə uyğun şəkildə iş masanızı, kreslonuzu və kompüterinizi nizamlayın.

8. Oturaq halda işləyirisinzsə tez-tez fiziki hərəkətlər edin. Çiyinlərinizi yuxarı doğru qulaq xəttinə qədər yüksəltdikdən sonra aşağı salın. Bunu beş dəfə təkrar edin.

Milli.Az


Etiketlər:  Boyun ağrısının 8 çarəsi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ