Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Sentyabr 2019 13:24
Bakı. İlhamə İsabalayeva - Trend:Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Yasamal rayonu, Zahid Xəlilov küçəsi 53 ünvanında köküstə yaş 5 ağacın kəsildiyi aşkar edilib.
Nazirliyinin mətbuat xidmətindən Trend-ə veilən məlumata görə, araşdırma zamanı ağacların Yasamal rayon sakini Qəhrəman Məhərrəmov tərəfindən kəsildiyi və təbiətə 15 300 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı təqsirkar barəsində akt tərtib edilib.Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Bakı şəhər prokurorluğuna göndərilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin