Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Millimiz Norveçə məğlub oldu

Millimiz Norveçə məğlub oldu

Tarix: 14 Iyun 2022 22:18

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununa çıxıb.

Milan Obradoviçin baş məşqçi olduğu komanda 10-cu turda səfərdə Norveçin müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb. Drammen şəhərindəki "Marienlist" stadionunda oynanılan görüş millimizin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Beləliklə, Norveç  24 xalla qrupu 1-ci, Azərbaycan isə 7 xalla 5-ci pillədə tamamlayıb.
 
14 iyun
 
20:00. Norveç - Azərbaycan - 2:1

Qollar: Larsen 54, Botheym 77 - İldar Alekperov 65
Drammen. "Marienlist" stadionu

Xal durumu: Xorvatiya - 22, Norveç - 21, Finlandiya - 19, Avstriya - 16, Azərbaycan - 7, Estoniya - 0.

Milli.Az


Etiketlər:  Millimiz Norveçə məğlub oldu


RƏYLƏR