Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qızından anasına qarşı VƏHŞİLİK - Çəkiclə döydü, DİRİ-DİRİ BASDIRDI

Qızından anasına qarşı VƏHŞİLİK - Çəkiclə döydü, DİRİ-DİRİ BASDIRDI

Tarix: 15 Iyun 2022 11:54

Volqoqrad vilayətinin 30 yaşlı sakini anasını çəkiclə döyüb, sonra isə sağ olmasına baxmayaraq, həyətdə basdırıb.

Milli.Az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsi regional idarəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hadisə iyunun 13-də Olxovka kəndinin Poçtovaya küçəsində yerləşən fərdi yaşayış evlərindən birində baş verib. 52 yaşlı təqaüdçü ilə qızı arasında şifahi münaqişə yaranıb və bu zaman gənc qadın anasına hücum edib. Hadisəni törədən şəxs spirtli içkinin təsiri altında olub.

"Gənc qadın çəkic götürərək anasının başına bir neçə zərbə endirib. Şübhəli şəxs orada dayanmadan təqaüdçünü boğmağa başlayıb, daha sonra qadının cəsədini evin həyətinə gətirib və orada çuxur qazıb onu torpaqla örtüb", - deyə məlumatda bildirilir.

Qadın hadisəni onunla yaşayan kişiyə danışıb, o isə polisə müraciət edib. Məhkəmə-tibbi ekspertizasının nəticələrinə görə, təqaüdçü torpaq tənəffüs yollarına daxil olduqdan sonra mexaniki asfiksiyadan dünyasını dəyişib.

Hazırda İstintaq Komitəsinin əməkdaşları bir sıra təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirirlər. Şübhəli hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb, tezliklə həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar qəbul edəcəklər.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Qızından anasına qarşı VƏHŞİLİK Çəkiclə döydü DİRİ DİRİ BASDIRDI


RƏYLƏR