Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2022 12:48
"Hələlik meymunçiçəyinin geniş yayılması üçün bir səbəb yoxdur".
Bunu APA-ya açıqlamasında səhiyyə naziri Teymur Musayev bildirib.
Nazir deyib ki, dünyada bununla bağlı 2 minə yaxın hadisə qeydə alınıb, amma indiyə qədər meymunçiçəyi ilə birbaşa bağlı olan ölüm hadisəsi qeyd edilməyib:
"Fürsətdən istifadə edərək əhalimizə meymunçiçəyi ilə bağlı müraciət etmək istərdim. Sadə fərdi gigiyena qaydalarına riayət etməklə bu bəladan uzaq duraraq, normal həyat tərzinə davam edə bilərlər".