Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Miqren göz insultuna səbəb ola bilər - Xəbərdarlıq

Miqren göz insultuna səbəb ola bilər -  Xəbərdarlıq

Tarix: 18 Iyun 2022 20:27

Cərrah Aleksandr Baraş miqreni göz insultu və korluğun səbəblərindən biri kimi qeyd edib.

Sonxeber.net bakupost-a istinadən xəbər verir ki, 47 yaşlı Darya Lexion uzun illər idi miqrendən əziyyət çəkirdi.

Bir səhər qadın güclü baş ağrısı ilə oyanır, ağrıya alışqan qadın birdən gözlərinin qarşısında ağ kölgələr, ləkələr görməyə başladı.

"Bu buynuz qişanın arteriyasının okluziyası, yəni tutulması adlanır. Necə ki, beyində insult olur, eləcə də gözlərdə insult baş verə bilər", - deyə həkim vurğulayıb.

Həkim qadına gözlərin insultu diaqnozu qoyub.

Adətən göz insultunda görmə ağrısız şəkildə bir gözdə itir, görmənin bir hissəsi blok olur. Göz insultunun səbəbi elə beyində olduğu kimidir: yüksək təzyiq, diabet, yüksək xolesterin. Müalicəsi cərrahi yolladır. Əvvəlcə həkim əmin olmalıdır ki, xəstəlik beyini zədələməyib, sonra terapiya təyin edilir.


Etiketlər:  Miqren göz insultuna səbəb bilər Xəbərdarlıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ