Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Miokarditin xüsusi formaları

Miokarditin xüsusi formaları

Tarix: 19 Iyun 2022 05:06

Miokarditin xüsusi formaları içərisində Abramov-Fidler idiopatik miokarditi ayrıca vurğulamaq lazımdır. Bu miokardit ürək əzələsinin allergik mənşəli ağır zədələnməsi ilə xarakterizə olunan və qısa müddətlə ölümlə nəticələnən xüsusi formasıdır.
Xəstəliyin əmələ gəlmə səbəbi tibb elminə tam məlun deyil. Amma miokarda virusların invaziyası və qeyri-spesifik allergik iltihabın formalaşması barədə fərziyyələr mövcuddur. Xəstəliyin kliniki şəklində ürəyin işemik xəstəliklərini xatırladan güclü anginoz sindrom üstünlük təşkil edir. Xəstəlik kəskin başlayıb, tədricən inkişaf edir. Miokardın bu forması ilk mərhələlərdə xoşxassəli olur. Sonralar xəstələrdə ürəyin böyüməyə başlayır və aparılan adekvat müalicəyə tabe olmayan ürək çatışmazlığı inkişaf edir.
Xəstələrdə baş verən ölümün səbəbləri:
1. Proqressivləşən ürək çatışmazlığı.
2. Həyat üçün təhlükəli ritm pozğunluğu.
3. Müxtəlif lokalizasiyalı emboliyalar.
Miokarditin bu formasında xəstələdə ölüm qəfildən baş verir.
Diaqnoz qoyulan zaman elektrokardioqrammanın və exokardioqrammanın nəticələri əsas götürülür. Rentgen müayinəsi və bəzi laborator müayinələrin də diaqnozun qoyulmasında rolu böyükdür.


Etiketlər:  Miokarditin xüsusi formaları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ