Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu İstanbulda beynəlxalq konfransda çıxış edib

Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu İstanbulda beynəlxalq konfransda çıxış edib

Tarix: 20 Sentyabr 2019 10:12

Bakı. Trend:

Mərkəzi Gömrük Hospitalının mama-ginekologiya şöbəsinin rəisi, t.f.d. Təranə Bayramova 11-14 sentyabr 2019-cu il tarixlərində Turkiyənin İstanbul şəhərində Perinatal Tibb Ümumdünya Birliyi və Perinatal Tibb Beynəlxalq Akademiyasının dəstəyi ilə keçirilmiş 14-cü Ümumdünya Perinatal Tibb konfransında və İan Donald Ultrasəs məktəbinin təlim kursunda iştirak edib.

Mərkəzi Gömrük Hospitalı tərəfindən Türkiyədə beynəlxalq konfransda iştirak etmək üçün ezam olunmuş həkim Təranə Bayramova apardığı elmi tədqiqat işinin nəticələrinə əsasən hazırladığı “Orqan transplantasiyası resipientlərində hamiləlik nəticələri: 10 illik təcrübəmiz” və “Böyrək transplantasiyası resipientlərində hamiləlik: bizim mərkəzin nəticələri” mövzularında çıxış edib və onun çıxışı xarici həmkarların böyük marağına səbəb olub.

Moderatorları Prof. Asım Kurjak və Prof. Dr. Eberhard Merz olan “İAN Donald Ultrasəs” məktəbinin təlim kursunda fetal defektlərin aşkar olunmasında 3D/4D ultrasəs müayinələrinin rolu, 3D ultrasəslə dölün beyninin kistik anomaliyalarının və fetal ətraf defektlərinin təsbiti, anormal invaziv plasentanın ultrasəs müayinə xüsusiyyətləri, hamilə qadınlarda keysəriyyə çapığının ultrasəslə dəyərləndirilməsi, 3D ultrasəslə ektopik hamiləliklərin təyini, 3D/4D ultrasəs müayinəsinin sonsuzluqda tətbiqi mövzularında məruzələr dinlənilmiş, kurs iştirakçısı olan hər bir həkimə müasir 3D/4D cihazlarından istifadə qaydaları izah edilərək, onlara müayinə etmək imkanı yaradılıb.

Konfransda müxtəlif xarici ölkələrdən gələn tədqiqatçı alimlərin fikirləri müzakirə edilib, perinatal tibbin tarixi, inkişafı, hamiləlik dopplerometriyası, 3D/4D ultrasəsin tətbiqi ilə döl anomaliyalarının təyin edilməsi, dölün ürək və ağciyər normal funksiyası və patologiyalarının öyrənilməsi ilə əlaqəli çıxışlar olub. Eyni zamanda fetal terapiyada yeni müalicə aspektləri, döl anomaliyaları, döl ürəyinin araşdırılması, mamalıq fiziologiya və patologiyası, yeniliklər, prenatal və perinatal diaqnostikanın aparılması, neonatologiyada yeniliklər, hamiləlikdə arterial hipertenziyanın və hestasional diabetin müalicəsi, doğumxanada ana və yenidoğulana qulluğun aparılma qaydaları, doğum sonrası qanaxmalar və müdaxilələr, I trimestr ultrasəs müayinəsinin aparılması, fetal onurğa cərrahiyyəsi, neonatal infeksiyaların aradan qaldırılması yolları haqqında məlumatlar verilib.

Müasir laborator və instrumental müayinə üsullarının düzgün tətbiq edilməsinə dair yeni məlumatların əldə edilməsi ilə yadda qalan konfransda Mərkəzi Gömrük Hospitalının mama-ginekologiya şöbəsinin rəisi, t.f.d. Təranə Bayramovanın əldə etdiyi müasir biliklər prenatal diaqnostika sahəsində yeni uğurlar qazanacağına yardımçı olacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Mərkəzi Gömrük Hospitalının mama ginekoloqu İstanbulda beynəlxalq konfransda çıxış edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ